Etnik birləşmədən millətə doğru
25 oktyabr 2020 14:16 (UTC +04:00)

Etnik birləşmədən millətə doğru

Hər zaman qalib Azərbaycan!

Müharibə davam etdikcə və Qələbəyə aparan yol qısaldıqca otuz illik işğalla bağlı xeyli suallar çıxır ortaya. Bəzən suallar haqlı görünsə də, cavablar elə də bəsit deyil. Məsələ təkcə udub-uduzmaq dilemması deyil, məsələ dövlət, millət və etnik birləşmə kimi siyasi-fəlsəfi prizmadan irəli gələn bir çox əhəmiyyətli məqamlarla bağlıdır.
Bildiyimiz kimi, eyni dildə danışan, eyni mədəni bağları olan hər bir insan qrupu etnik birləşmədir. Yəni bu etnik birləşmə azsaylı da ola bilər, çoxsaylı da. Lakin bu da bir faktdır ki, hər bir etnik birləşmə millət səviyyəsinə qalxa bilmir, formalaşmır. 
Çünki ilk növbədə etnik birləşməni millət səviyyəsinə qaldıran faktor dövlət təffəkürüdür. Millət olmaq üçün etnosun qarşısına qoyduğu ilk məqsəd dövlət qurmaqdır. İrqi, siyasi, dini ayrı-seçkiliyi kənara qoyaraq birləşmək və xalq kimi formalaşmaq ilk şərtdir. 
Dövlətin dostu və düşmənləri əbədi olmur, ancaq maraqları əbədidir. Dövlət öz maraqları naminə müvəqqəti geri çəkilə bilər, güclənib daha uyğun vaxtda itirilmiş mövqelərini bərpa edə bilər. Heç bir məsələ dövlətin tam işğalı istisna olmaqla, ölüm-dirim məsələsi ola bilməz.
Bayraq dalğalanırsa, demək , çözülməyəcək məsələ yoxdur.
İndi isə dönək, Qarabağ məsələsinə. Bu savaşın acısını həm siyasi-mənəvi, həm də faktiki yaşayan, ata-baba yurdunu itirib indiyə kimi məcburi köçkün olmuş biri olaraq, təhlil edərkən deyə bilərəm ki, nə qədər paradoksal səslənsə də, nə qədər əcaib səslənsə də, bu savaşın qalibi daim Azərbaycan dövləti və millət olaraq Biz olmuşuq. Niyə? 
Çünki biz öncə türkümüzlə, talışımızla, ləzgimizlə, tatımızla, kürdümüzlə, yəhudimizlə, lahıcımızla, lazımızla, avarımızla və s. adını çəkmədiyim etnik birləşmələrimizlə birgə bütövləşib Millət olduq və Dövlət qurduq - Azərbaycan dövlətini.
Münaqişənin ilk illərində uşaq ikən eşitdiyim bir rus icmalçının şərhini heç unutmadım: Qarabağ nə Azərbaycanındır, nə Ermənistanın, hər iki xalq Qarabağındır, giriblər bu qanlı düyünün içinə çıxa bilmirlər. Təbii ki, Qarabağ hər zaman Azərbaycanın idi, amma məsələ ondadır ki, biz vaxtında çıxa bildik o düyünün içindən. Çıxdıq ki, Dövlət quraq, güclənək.
Çox acıdır demək, amma biz Qarabağsız öncə dövlət olduq, sonra məhz maraqlarımıza uyğun, gücümüzə müvafiq şəkildə döndük torpaqlarımızı geri almağa. Amma dəfələrlə də deyirik ki, biz ermənilərlə düşmən olmaq istəməmişik, qonşumuzdur, çıxsın torpağımızdan, səhvini boynuna alsın, məsələ bitsin, əbədi düşmən olmur...
Belə düşünürük, çünki bir millət kimi özünəgüvən hissimiz var.
Baxaq ermənilərə. Orada vəziyyət tam əksinədir. Biz əbədi düşmənik. Güclü diaspor var, amma zəif dövlət. Yalançı, şişirdilmiş tarix var, daim xristian dünyasına dilənçi yalvarış var, monoetnik yarımçıq bir dövlətə bənzər qurum var, “Qarabağsız Ermənistan yoxdur” şüarı var.
Niyə? Çünki etnik birləşmədirlər və bu səviyyədən qalxıb millət ola bilmədilər. Etnik birləşmə kimi güclü təşkilatlanma gücünə malikdirlər, diaspor qururlar, onları birləşdirən yalançı dəyərlər: Böyük Ermənistan xülyası, oğurlanmış dolma, lavaş, basdırma, əbədi düşmən türkdür... 
Kiçik Ermənistan qura bilməyən ermənilər böyük dövlət xülyası ilə yaşayırlar. Milli dəyərlər yox dərəcəsindədir, əvəzində etnik maraqlar güclüdür. 
Dünyanın hər yerində ermənidirlər, lakin Ermənistan vətəndaşı olmaq qürurları yoxdur. Başqa bütün xalqları qovurlar, çünki etnik dəyərlərinin əriməsindən qorxurlar, bir millət olaraq özünəgüvən hissi yoxdur. “Qarabağ yoxdursa, Ermənistan da yoxdur” deməkləri, yuxarıda dediklərimizin isbatıdır. Xülya puç olduqca, etnik dəyərləri əriyir. 
Millət kimi formalaşa bilməmələri, aşağı dövlət təfəkkürləri onları bu gün belə aciz və yalançı kimi göstərir. 
Bəli, Qarabağ Azərbaycandır. Bu, hər zaman belə oldu. Ancaq ermənilər öz bəsit düşüncələri ilə Ermənistan ola bilmədilər, Qarabağ maniyasına tutulmuş şizofren etnik birləşmə olaraq qaldılar.
Azərbaycan Milli Ordusu rəşadətli addımları ilə bizə qürur verir, bayrağımız hər yerdə, hər guşəmizdə dalğalansın deyə ağır və qanlı savaş aparır. Şəhidlərimizin qarşısında borcumuz ödənilə bilməz. Həkimlərimizin, sərhədçilərimizin, polisimizin, diplomatlarımızın əməyi göz qabağındadır. Bütün bunlar 30 illik dövlət quruculuğumuzun nəticəsidir. 
Bu gün biz Xarı Bülbülün ətrini duymağa da, Kəlbəcərin qızılını istismar etməyə də, mineral sulardan faydalı istifadə etməyə də Dövlət olaraq açıq alınla geri dönürük. 
27 ildir, oğru kimi bu torpaqları işğal edən ermənilər gizli-saxlı yaşadılar, hər cür qaranlıq işlərlə məşğul oldular, amma orada heç nə qura bilmədilər, qura da bilməzdilər. Oğru kimi yaşamaqdan məmnunluq duydular və ən dəhşətlisi bunun uğrunda savaşırlar - oğru kimi yaşamaq uğrunda...
Biz dövlət qurmaq uğrunda millət olaraq savaş apararkən ermənilər uydurduqları və onları etnik birlik edən nağıl uğrunda savaşırlar. Ermənilər oğurluqdan əl çəkməsələr və bu nağıldan qurtulmasalar, heç bir zaman Ermənistan dövləti qura bilməyəcəklər və heç bir zaman gələcəkləri olmayacaq. 
Qələbə bizimdir, daha əzəldən biz qalibik!!!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1318
avatar

Anar Əsədli

Oxşar yazılar