“Tovuzda sərhəddə baş verənlər Ermənistan tərəfindən məqsədyönlü, əvvəlcədən planlaşdırılmış təxribatdır”.
APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, beynəlxalq təşkilatlarda olan daimi nümayəndəliklər tərəfindən müvafiq notalar təqdim olunub: “BMT baş katibinə nota verilib. Qoşulmama Hərəkatı çərçivəsində də xüsusi sessiya çağırılıb ki, üzv dövlətlərə məlumat verilsin”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, bu gün ATƏT Daimi Şurasının iclası keçirilir: “İclasa ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də qatılması nəzərdə tutulub. Azərbaycanın ATƏT yanındakı nümayəndəliyinə də lazımi təlimatlar verilib”.