Ermənistan əcnəbi terrorçular və muzdlulardan Azərbaycana qarşı istifadə edir - XİN
05 oktyabr 2020 12:45 (UTC +04:00)

Ermənistan əcnəbi terrorçular və muzdlulardan Azərbaycana qarşı istifadə edir - XİN

“Ermənistan tərəfindən geniş şəkildə əcnəbi terrorçu qüvvələr və muzdlular Azərbaycana qarşı istifadə olunur”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, Yaxın Qərq regionundan, xüsusən Suriya, Livan, daha sonra Rusiya, Gürcüstan, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən erməni əsilli şəxslərin işğal olunmuş ərazilərə gəlməsi və yaxud bu istiqamətdə yola düşməsi ilə bağlı açıq faktlar və məlumatlara rast gəlinir.

“Ermənistanın siyasi rəhbərliyi Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasətini davam etdirib və bununla əlaqədar bir müddət öncə Livanda baş vermiş partlayışdan sonra bu ölkədəki erməni əsilli şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi ilə bağlı nümayişkaranə şəkildə qeyri-qanuni fəaliyyətini davam etdirib. Daha sonra “Müdafiə haqqında” qanuna dəyişiklik edərək könüllü silahlı qruplaşmaların yaradıldığını elan edən Ermənistan artıq bu bölgədən köçürdüyü insanları daha sonradan hərbi birləşmələrə inteqrasiya edib. Bu, həmin insanlardan Azərbaycana qarşı aparılan döyüşlərdə istifadə olunması məqsədi güdür. Son zamanlar biz Ermənistan hökumətinin xaricdə fəaliyyət göstərən diaspor təşkilatları vasitəsi ilə ermənilərin toplanması və Ermənistana yola düşməsi, həmçinin bu istiqamətdə maliyyələşdirmə, dəstək tədbirlərinin, ianələrin ayrılması ilə bağı böyük canfəşanlıqla fəaliyyət göstərdiyini açıq şəkildə müşahidə edirik”, - XİN rəsmisi vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 610
avatar

Oxşar yazılar