Ermənilərin yaşayış məntəqələrimizi vurmaq üçün quraşdırdığı raket kompleksləri məhv edildi - MN
14 oktyabr 2020 09:22 (UTC +04:00)

Ermənilərin yaşayış məntəqələrimizi vurmaq üçün quraşdırdığı raket kompleksləri məhv edildi - MN

Ermənistan silahlı qüvvələrinin növbəti əməliyyat-taktiki ballistik raket kompleksi dəqiq zərbə ilə sıradan çıxarılıb.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, oktyabrın 14-ü saat 8:36-da Ermənistan Respublikasının Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələri növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilib.

Mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raketlər Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənmişdi.

Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılıb.

Bundan əvvəl saat 1:00-də həmin istiqamət üzrə start vəziyyətinə gətirilmiş əməliyyat-taktiki raket kompleksi də dəqiq zərbə ilə məhv edilmişdi.

Raketlərin atəş vəziyyətinə gətirildiyi məntəqələrdə hər hansı mülki infrastruktur və obyektlər olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1129
avatar

Mehman Nəbiyev

Oxşar yazılar