Ermənilər mülki əhalini hədəfə almaqda davam edir: Ağdam sakininin evinə mərmi düşdü
27 sentyabr 2020 23:44 (UTC +04:00)

Ermənilər mülki əhalini hədəfə almaqda davam edir: Ağdam sakininin evinə mərmi düşdü

Ermənilər Azərbaycanın mülki əhalisini hədəfə almaqda davam edirlər.

APA-nın Qarabağ bürosunun məlumatına görə, işağlçı ordunun atdığı mərmilərdən biri Ağdam rayonunun Çəmənli kənd sakini Əsədov Zahid  Məhərrəm oğlunun həyətinə düşüb.

Nəticədə Z. Əsədova məxsus ev və VAZ 2107 markalı avtomobil yararsız hala düşüb.

Qeyd edək ki, Ermənistanın Silahlı Qüvvələrinin bu gün törətdiyi təxribat nəticəsində Azərbaycanda bir ailənin 5 üzvü isə həlak olub. Mülki əhalinin atəşə tutulması nəticəsində 19 dinc sakin yaralanıb. Eyni zamanda onlarla şəxsi mülkiyyətə ziyan dəyib.      

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888

Oxşar yazılar