Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar.
Oktyabrın 18-i səhər saat 7.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.
Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır.