Elçin Şıxlı: "Bir dəfə avtomobil bir qadını vurmuşdu, qadına kömək etməyib, hadisə yerindən qaçmışdı. Bunu görən taksi sürücüsü onu təqib edib, çatıb və sürücüyə deyib ki, mən həmin qadının qardaşıyam. Orda sürücüdən 500 manat pul alıb... Sonra polis sürücünü saxlayır və məlum olur ki...
Yəni belə düşüncə sahibi olan adamlar var. Belə hallar müxtəlif platformalarda baş verir. Və belə adamlar sayt açıb, "jurnalist" işləməyə başlayır".
Qeyd edək ki, "Çıxışa doğru" verilişində mövzu "reket jurnalistika" olub. Verilişdə iştirak edən digər qonaqlar - Mətbuat Şurasının sədri Əflatun Amaşovun, jurnalist Arif Əliyevin mövzu ilə bağlı mövqeləri fərqli olub.