Sosial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.
Müdafiə Nazirliyindən Lent.az-a bildirilib ki, yayılan bu məlumat həqiqəti əks etdirmir.
Məlumata görə, müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib: “Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub”.
Müdafiə Nazirliyi bildiri ki, hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.