Düşmən Ağdamı atəşə tutub: bir nəfər yaralanıb - PROKURORLUQ
18 oktyabr 2020 09:01 (UTC +04:00)

Düşmən Ağdamı atəşə tutub: bir nəfər yaralanıb - PROKURORLUQ

Ermənistanın silahlı qüvvələri oktyabrın 10-u saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, oktyabrın 17-də saat 21 radələrində düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması səbəbindən Mahrızlı kənd sakini, 39 yaşlı Həsənov Ramil Kamal oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaşayış evinə isə külli miqdarda ziyan dəyib. 

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598
avatar

Mehman Nəbiyev

Oxşar yazılar