Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 31 mülki şəxs həlak olub, 164 nəfər yaralanıb.
Bundan başqa, 142 mülki obyekt və 1054 yaşayış evi yarasız hala düşüb.