Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 2020-ci il iyulun 1-dək uzadılır.
Bu barədə APA-ya zərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində dövlət sərhədində giriş-çıxışa müvəqqəti olaraq tətbiq edilən məhdudiyyətin və beynəlxalq uçuşların təxirə salınma müddəti artırılmışdır.
COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyulun 1-dək uzadılıb.