Deputatlığa namizədlərin yaş həddi üzrə statistika AÇIQLANDI
06 fevral 2020 13:13 (UTC +04:00)

Deputatlığa namizədlərin yaş həddi üzrə statistika AÇIQLANDI

Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədliyi qeydə alınan şəxslərin yaş həddi üzrə statistikası açıqlanıb.

APA-nın məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında “Resurs” Analitik İnformasiya mərkəzinin sədri Rasim Quliyev məlumat verib. O bildirib ki, deputatlığa namizədliyi qeydə alınanların yaş bölgüsü seçkiyə böyük inam olmasını bir daha sübut edir: “Deputatlığa namizədliyi qeydə alınanlardan 82 nəfəri 18-28, 407 nəfəri 29-39 yaş, 542 nəfəri 40-45 yaş, 221 nəfəri 56-66 yaş, 43 nəfəri isə 67 yaşdan yuxarı olan şəxslərdir. 1998-ci ildə anadan olan və hazırda 22 yaşı olan 8 nəfər də deputatlığa namizədliyini irəli sürüb. Eyni zamanda 1938-ci il təvəllüdlü 2 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.

R. Quliyev qeyd edib ki, yaş həddi arasında bu cür bölgü cəmiyyətdə 1998-ci ildən sonrakı dövrdə islahatçılıq, yenilik abı-havasının mövcudluğunu göstərir: “İslahatların nəticəsini parlament seçkilərində iştirak edən deputatlığa namizədlərin sayında da görürük”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2748
avatar

Oxşar yazılar