“Gələcəkdə qanunvericilikdə kadr zabit heyətinin bəlli bir testə tabe olması, xüsusilə ehtiyata buraxılan zabitlərin vaxtaşırı testlə yoxlanılmasını təmin etməliyik”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
O, müharibə şəraitində olduğumuzu vurğulayıb: “Ehtiyatda olan zabitlərin testdən keçirilməsi vacibdir”.
Deputat təklif edib ki, parlament adından müraciətlə yanaşı, parlamentə daxil olan 11 siyasi partiyanın adından da ayrıca müraciətlər edilsin: “Parlament partiyaları mexanizmini işlək hala gətirməliyik. Avropa ölkələrində partiyaların müraciətlərinə daha diqqətlə yanaşmalarını müşahidə edirik”.
Spiker Sahibə Qafarova bunun çox yaxşı mexanizm olduğunu qeyd edib: “Gələcəkdə biz bunu nəzərə alarıq”.