Deputat Paşinyanın sayıqlamasından danışdı: “Müqayisə edilə bilməz”
19 may 2020 11:53 (UTC +04:00)

Deputat Paşinyanın sayıqlamasından danışdı: “Müqayisə edilə bilməz”

"Erməni mətbuatında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Paşinyanın babası ilə müqayisə olunur. İttiham belə qoyulur ki, mənim babam faşizmə xidmət edirsə, sizin də baniniz faşistlərlə əməkdaşlıq edib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında gündəliyin müzakirəsi zamanı millət vəkili Fəzail İbrahimli deyib. 

O bildirib ki, bu, Baş nazir Nikol Paşinyanın sayıqlamasıdır: “Paşinyan Azərbaycan Prezidenti tərəfindən siyasi zərbə alıb. Rəsulzadə Azərbaycan dövlətinin yaradıcılarından biridir. Baba Paşinyan kimdir?! Faşistlərə əsir düşəndən sonra faşizmə qulluq edən kommunistdir! Paşinyanın babası 1943-cü ildə imdad diləyib və uğursuz nəticə əldə edib. Rəsulzadə ilə Paşinyanın babası müqayisə edilə bilməz. Paşinyana faşistpərəst adı verirlər. Pərəst o adam olur ki, istədiyi ideologiyaya sevinir. Paşinyanda pərəstiş olmayıb, o, xəyanət edib və ideologiyadan istifadə edib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5176
avatar

Oxşar yazılar