Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədar daha 4 Seçki Dairəsi üzrə müraciəti prosedur qaydalarına uyğun olaraq baxılmaq üçün müvafiq dairə seçki komissiyalarına göndərib.
APA-nın məlumatına görə, bu barədə bu gün MSK-nın iclasında qərar qəbul edilib.
Qərara əsasən, 15 saylı Yasamal Birinci (lider namizəd Ülvi Quliyev), 50 saylı Abşeron-Qobustan (lider namizəd Şahin Seyidzadə), 60 saylı Salyan-Neftçala (lider namizəd Fəzail Ağamalı) və 125 saylı Zəngilan-Qubadlı (lider namizəd İmamverdi İsmayılov) Seçki dairələri üzrə müraciətlər prosedura uyğun olaraq müvafiq dairə seçki komissiyalarına göndərilib.