Daha 197 nəfər Moskvadan Vətənə gətirildi - FOTO
19 iyul 2020 23:51 (UTC +04:00)

Daha 197 nəfər Moskvadan Vətənə gətirildi - FOTO

 

İyulun 19-da axşam saatlarında AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib.

AZAL-dan APA-ya verilən məlumata görə, 197 nəfər Azərbaycan vətəndaşı Rusiyanın paytaxtından Bakıya gətirilib.

Reysə "COVID-19" testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4780
avatar

Oxşar yazılar