Cənnət həm də ANAların zərif çiynindədir – BİR FOTONUN İZİYLƏ
19 oktyabr 2020 17:32 (UTC +04:00)

Cənnət həm də ANAların zərif çiynindədir – BİR FOTONUN İZİYLƏ

“Oğlum şəhid olsa, öz çiyinlərimdə aparıb dəfn edəcəm”.

Belə deyib Səkinə xanım. Hər iki oğlunu cəbhəyə yola salanda.  Bu fotonu görürsünüzmü? Şəkil özü danışır, bəlkə də  nəsə yazmağa, söz deməyə də ehtiyac yox idi.

“Cənnət anaların ayaqları altındadır” deyiblər. Amma sən demə, cənnət həm də anaların çiynindəymiş. Oğlu Cavid anasının çiynində qəbr evinə yollanır.  Yardımlı rayonunun Əsədabad kəndindnə olan tank komandiri Saxratov Cavid Əlikömək oğlu. 39 yaşı vardı. Üç uşağı qaldı, şəhidimizin.

Heç kim, bir kimsə cəsarət edib Səkinə xanıma bir kəlmə də deyə bilməyib dəfnə yığışanların. Əsədabaddakı həyətlərində ANAnın çiyinlərində çıxıb Cavaid nəşi. Ürəyi dağlı ANA düz qəbr evinə qədər zərif çiynilərində aparıb oğlunu. Və bu gün hamı Əsədabadda çəkilmiş bu fotodan danışır. Qürurludur, üzündə zərrə qədər kədər yoxdu. 

Bu böyüklüyünü ifadə etməyə hər şey, hətta söz belə acizdir.

Bu millət qəhrəman oğullarımızın və onları bu dünyaya gətirib, böyüdüb boya başa çatdıran Səkinə xanım kimi anaların çiyinlərində gələcəyə daşınacaq.

Bu ANAnın doğduğu əsgərin Vətəni basılmaz .

Cavidin Yusif və Asif kimi iki əsgər oğlu böyüyəcək.  Mələk adlı mələksima qızı qaldı. 

Cavidin Səbuhi adlı qardaşı da könüllü döyüşə yollanıb. Allah Səbuhi və əsgərlərimizi qorusun. Allah heç kimə Anasının çiynində son mənzilə getməyi qismət eləməsin! AMİN!!!!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2047
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar