“Təəssüf ki, Milli Məclisdə təmsil olunmaq istəyən şəxslər özləri haqqında yanlış məlumatlar təqdim edirlər”.
APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
R. Qasımov bildirib ki, hansısa namizəd tərəfindən bu cür addımların atılması aşkarlansa, müddətdən asılı olmayaraq, həmin an bununla bağlı müvafiq tədbirlər görülüəcək: “Bu cür addımlar seçiciləri aldatmaqdır. Deputatlıq iddiasında olan şəxslər özləri haqqında düzgün məlumat verməlidirlər. Əks halda, bu fakt çox gec aşkarlansa belə, bununla bağlı tədbir görüləcək”.