Bu ay xaricdən 356 Azərbaycan vətəndaşı ölkəyə gətirilib - RƏSMİ
13 may 2020 17:27 (UTC +04:00)

Bu ay xaricdən 356 Azərbaycan vətəndaşı ölkəyə gətirilib - RƏSMİ

“5 may tarixində İran-Azərbaycan quru sərhədi vasitəsilə 94 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib".

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

O bildirib ki, İstanbul-Bakı reysi ilə 7 may tarixində iki ardıcıl çarter reysi həyata keçirilib, bu çərçivədə 212 Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi təmin olunub.

H. Hacıyev qeyd edib ki, 8 may tarixində Daşkənd-Bakı reysi ilə 50 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2341
avatar

Oxşar yazılar