Bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınanların sayı AÇIQLANDI
07 noyabr 2019 17:15 (UTC +04:00)

Bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınanların sayı AÇIQLANDI

Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün indiyədək 28410 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib.

APA-nın xəbərinə görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, 14846 nəfər fərdi qaydada, 13524-u siyasi partiyalar tərəfindən, 40 nəfəri isə təşəbbüs qruplarından bələdiyyə seçkilərində iştirak etmək üçün namizdliyi irəli sürülüb.

MSK sədri bildirib ki, 17509 nəfər imza vərəqəsi götürüb: “Onlardan 2419 nəfəri imza vərəqəsini geri qaytarıb”.

M. Pənahov qeyd edib ki, bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək 60 nəfərin namizədliyi qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2436
avatar

Oxşar yazılar