Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş parlament seçkiləri ilə əlaqədar bir neçə Seçki Dairəsində səsvermənin nəticələri ilə bağlı müraciətlərə baxılıb.
APA-nın məlumatına görə, həmin müraciətlərin Dairə Seçki komissiyalarına (DSK) göndərilməsi ilə bağlı məsələ müzakirə olunub.
İclasda 8 saylı Binəqədi Birinci, 13 saylı Xəzər Pirallahı, 15 saylı Yasamal Birinci, 18 saylı Nərimanov-Nizami, 22 saylı Nəsimi İkinci, 29 saylı Səbail, 32 saylı Suraxanı Üçüncü, 34 saylı Xətai İkinci, 40 saylı Kəpəz İkinci, 56 saylı Xaçmaz Kənd, 61 saylı Neftçala, 72 saylı Yardımlı-Masallı, 82 saylı Ağcabədi, 94 saylı Bərdə Kənd, 106 saylı Tovuz-Qazax-Ağstafa, 112 saylı Qax Seçki dairələri üzrə müraciətlərin araşdırılması üçün müvafiq DSK-lara göndərilməsi ilə bağlı qərar qəbul edilib.