Faiq Akif oğlu Qürbətov Prezident İlham Əliyevin sərəncamı ilə bu gün Biləsuvar rayon İcra Hakimiyyətinə başçı təyin olunub.
Lent.az xəbər verir ki, Faiq Qürbətov uzun illər gənclər sektorunda çalışıb.
Gənclər Fondunda məsul vəzifədə işləyib.
Yeni icra başçısının sonuncu iş yeri İctimai Televiziya olub.
Faiq Qürbətov İTV-nin mərkəzi aparatının rəhbəri vəzifəsində çalışıb.