Baş redaktor partiya sədrinin müavini oldu
17 avqust 2020 17:55 (UTC +04:00)

Baş redaktor partiya sədrinin müavini oldu

"Strateq.az" saytının baş redaktoru Elxan Şükürlü Ədalət Partiyasının Siyasi Şurasının üzvü və partiya sədrinin siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin edilib.

APA-nın məlumatına görə, bu  haqda bu gün Ədalət Partiyasının sədri İlyas İsmayılov sərəncam imzalayıb.

Xatırladaq ki, E. Şükürlü Ədalət Partiyasının qurucularından biri olub, 2000-2011-ci illərdə partiya sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini vəzifəsini tutub. 2011-ci ildə İlyas İsmayılovun artıq dünyasını dəyişmiş oğlu Etimad İsmayılovla mübahisəsi səbəbindən partiya sıralarından istefa verib, yenidən jurnalistlik fəaliyyəti ilə məşğul olub. 2015-ci ildən "Strateq.az" analitik-internet qəzetinin təsisçisi və baş redaktorudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4210
avatar

Oxşar yazılar