Baş nazir Milli Məclisdə necə hesabat verəcək? - AÇIQLAMA
08 aprel 2020 15:31 (UTC +04:00)

Baş nazir Milli Məclisdə necə hesabat verəcək? - AÇIQLAMA

Baş nazir Milli Məclisdə onlayn hesabat verəcək. 

Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. 

O bildirib ki, baş nazir Əli Əsədov parlamentin aprelin 9-dakı iclasında Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatını onlayn şəkildə verəcək. 

Qeyd edək ki, Milli Məclisin növbəti plenar iclası onlayn qaydada keçirilməsə də, məhz Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti barədə hesabatı onlayn qaydada təqdim edəcək. Bundan başqa, gündəliyə Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında qanunun layihəsi (ikinci oxunuş),  “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) də salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1341
avatar

Oxşar yazılar