Baş konsulun Los Ancelesdəki erməni vəhşiliyinə dair məqaləsi dərc olundu
27 iyul 2020 10:45 (UTC +04:00)

Baş konsulun Los Ancelesdəki erməni vəhşiliyinə dair məqaləsi dərc olundu

Azərbaycanın Los Ancelesdəki Baş konsulu Nəsimi Ağayevin erməni daşnaklarının azərbaycanlı icma üzvlərimizə bu şəhərdə qarşı həyata keçirdiyi zorakılıq və vəhşiliklərlə bağlı yazdığı məqalə 26 iyul tarixində ABŞ-ın “Medium” onlayn media platformasında dərc olunub.

Konsulluqdan APA-ya verilən məlumata görə, məqalədə Baş konsul hadisə haqda ətraflı məlumat verərək, Los Ancelesdəki Baş Konsulluğumuz qarşısında aksiya keçirən erməni daşnaklarının, Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasətinə, eləcə də ölkəmizə qarşı həyata keçirdiyi son hərbi təxribatına etiraz edən 50-yə yaxın həmyerlimizə hücum edərək, onlardan bir neçəsinə xəsarət yetirdiklərini bildirir və hazırda hadisənin polis tərəfindən nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırıldığını diqqətə çatdırır.

N. Ağayev qeyd edir ki, Amerika Erməni Milli Komitəsi (ANCA) bu zorakı qrupa rəhbərlik etməklə öz aqressiv və radikal daşnak ideologiyasının əsl simasını hər kəsə nümayiş etdirib.

N. Ağayev sonra dünyanın iki ən böyük yəhudi təşkilatı olan, Los Ancelesdə fəaliyyət göstərən Simon Vizental Mərkəzi və Amerika Yəhudi Komitəsinin, eləcə də ABŞ-da yaşayan 250 min israillini birləşdirən İsrail Amerikalıları Şurasının həmvətənlərimizə qarşı həyata keçirilmiş zorakılığı qətiyyətlə pislədiklərini qeyd edir və onların açıqlamalarından sitatlar gətirir.

Baş konsul Los Ancelesdə fəaliyyət göstərən digər bütün icmalara, dini liderlərə və seçkili orqanların rəhbərlərinə müraciət edərək, onları bu nifrət zəminində törədilmiş cinayəti qınamağa çağırır və bu cür davranışların müasir günümüzdə və gələcəyimizdə yeri olmadığını dilə gətirir.

Həmçinin, N. Ağayev qeyd edir ki, ABŞ-da doğulmuş və Los Anceles kimi multikultural şəhərdə böyümüş gənc erməni daşnaklarının nümayiş etdirdikləri yüksək aqressivlik onların əhatə olunduğu, daim nifrət və düşmənçilik aşılayan mühitin mövcudluğundan xəbər verir ki, bu da istənilən icma üçün və gələcək nəsillər üçün olduqca zərərli haldır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1732
avatar

Oxşar yazılar