Baş Prokurorluq Gəncənin atəşə tutulması ilə bağlı məlumat yaydı - VİDEO - FOTO
04 oktyabr 2020 11:54 (UTC +04:00)

Baş Prokurorluq Gəncənin atəşə tutulması ilə bağlı məlumat yaydı - VİDEO - FOTO

Hazırda işğalçı ölkənin silahlı qüvvələri bu gün saat 10 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutur.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 844
avatar

Mehman Nəbiyev

Oxşar yazılar