Bakıda 8 mart yürüşünə icazə verildi
05 mart 2020 15:29 (UTC +04:00)

Bakıda 8 mart yürüşünə icazə verildi

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Feminist Hərəkatının martın 2-də “8 Marş - Bizimdir Hürr Küçələr” yürüş keçirməklə bağlı müraciətinə cavab verib.

APA-nın məlumatına görə,  cavabda qeyd edilib ki, yürüşün keçirilməsi üçün müraciətdə qeyd olunan ərazi əhalinin daha sıx hərəkət etdiyi ərazi olduğundan, həmçinin burada çoxlu iaşə, ticarət, xidmət və əyləncə obyektləri yerləşdiyindən ictimai təhlükəsizlik baxımından kütləvi tədbirin keçirilməsi məqsədə müvafiq deyil.

Yürüşün keçirilməsi üçün alternativ yer olaraq müraciət edənlərə martın 8-də, saat 15:00-dan 16:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsindən, Həzi Aslanov küçəsi ilə “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazası”nın yanından hərəkət etməklə 20 Yanvar küçəsi boyunca 5-ci yaşayış massivi istiqamətində olan marşrut təklif olunub.

Qeyd edək ki, Azərbaycan Feminist Hərəkatı martın 2-də martın 8-də 15:00-da Nizami küçəsindən "Kolorit" kafesinin qarşısına qədər yürüş keçirmək üçün BŞİH-ə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1359
avatar

Oxşar yazılar