Azərbaycanın Kubada səfirliyi olacaq
29 oktyabr 2020 17:47 (UTC +04:00)

Azərbaycanın Kubada səfirliyi olacaq

Prezident İlham Əliyev Azərbaycanın Kubada (Havana şəhərində) səfirliyinin təsis edilməsi haqqında qanunu təsdiqləyib.

APA-nın xəbərinə görə, qanuna əsasən, Azərbaycanın Kubada səfirliyi təsis edilib.  

***

Prezident İlham Əliyev Azərbaycanın Kubada (Havana şəhərində) səfirliyinin  fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycanın Kubada (Havana şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməlidir, bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycannın Xarici İşlər Nazirliyi səfirliyin strukturunu və ştat cədvəlini təsdiqləməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 949
avatar

Oxşar yazılar