Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması soydaşlarımıza müraciət etdi
26 iyul 2020 09:34 (UTC +04:00)

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması soydaşlarımıza müraciət etdi

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat verib.

İcmadan APA-ya verilən məlumata görə, son günlər Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi təcavüz fonunda, dünyanın müxtəlif ölkələrində diplomatik nümayəndəliklərimiz və soydaşlarımıza qarşı radikal erməni qrupları tərəfindən barbarcasına mütəşəkkil hücumlar təşkil edilib.

Bəyanatda qeyd edilib ki, bütün bunlar Ermənistan rəhbərliyinin illərlə yürütdüyü Azərbaycanfobiya siyasətinin nəticəsidir və hazırkı Paşiniyan hakimiyyəti də bunu təşviq edir: ‘Vaxtilə azərbaycanlıları hədəfə alan nifrət kampaniyaları Azərbaycan xalqının əsrlərdir yaşadığı ata-baba yurdlarından etnik təmizləməyə məruz qalması ilə nəticələnmişdi. Təəssüflər olsun ki, indi Azərbaycan xalqına qarşı növbəti nifrət kampaniyasına şahid oluruq. Amma Ermənistan rəhbərliyinin bizə qarşı nifrət aşılayaraq, Azərbaycan Respublikasından yeni ərazi qoparmaq planları bu dəfə tam iflasa uğrayacaq və əks effekt verəcək. Ermənistan-Azərbaycan münaqişəsinin həllini dəstəkləyən bəyanat və çağırışlarımız nəinki Ermənistan tərəfindən qəbul edilməyib, hətta bizim mövcudluğumuz inkar edilib və Ermənistan rəhbərliyinin əlaltıları tərəfindən nifrət dolu mesajlara məruz qoyulmuşuq. Soydaşlarımızın dünya boyu sərgilədiyi vətəndaş mövqeyi bizi hədsiz ruhlandırır. İstər səngərdə, istərsə də xarici ölkələrdə Azərbaycan bayrağına nifrət dolu gözlərlə baxan ASALA təfəkkürlü ermənilərin qarşısında möhkəm dayanan bütün azərbaycanlı qardaş və bacılarımızla qürur duyuruq! Dəyərli soydaşlarımızı erməni təxribatlarına uymadan soyuqqanlı davranmağa və özlərini mümkün erməni terror hücumlarından qorumağa çağırırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21538
avatar

Oxşar yazılar