Azərbaycandakı dini konfessiyaların rəhbərləri birgə mətbuat konfransı keçirdi
16 oktyabr 2020 15:55 (UTC +04:00)

Azərbaycandakı dini konfessiyaların rəhbərləri birgə mətbuat konfransı keçirdi

“Azərbaycan şəhərləri atəşə məruz qalır. Mən Gəncənin atəşə tutulduğunu, mülki şəxslərin öldüyünü eşidəndə çox məyus oldum”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycandakı Roma katolik kilsəsinin rəhbəri, Ordinarı Vladimir Fekete Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə mətbuat konfransında bildirib.

Vladimir Fekete deyib ki, bununla əlaqədar bəyanat yayıblar: “Biz bildirdik ki, Azərbaycan katolikləri həmin insanlar və haqq-ədalətin bərpası üçün dua edir.

Bəyanatda qeyd edilib ki, Azərbaycan tolerant ölkədir, müxtəlif dinlərin insanları sülh şəraitində yaşayırlar. Mülki şəxslərin ölümü bizim ürəyimizə böyük ağrı gətirir, yaralıların sağalmasını arzulayırıq. Qoy, Allah sülh bəxş etsin”.

Alban-udi Xristian İcmasının rəhbəri Robert Mobili isə qeyd edib ki, ermənilər Azərbaycanın Şuşadakı, Xankəndindəki abidələri atəşə tutduğunu iddia edirlər: “O abidələr bizim abidələrdir. Azərbaycan dövləti, Heydər Əliyev Fondu kilsələri bərpa edir. Necə ola bilər ki, azərbaycanlılar o abidələri dağıtsınlar? Erməni separatçıların, Ermənistanın strategiyasıdır ki, məscidlər dağıdılsın, azərbaycanlıların izləri itsin. Ermənistanın ətrafında Türkiyə və İran çoxmillətli ölkədir. Azərbaycan da çoxmillətli, çox konfessiyalı dövlətdir. Gürcüstan da o cümlədən. Ermənistan isə monoetinik dövlətdir. Qarabağdan da bütün xalqlar, bütün dinlərin nümayəndələri çıxarılıb. O torpaqların azad edilməsinin udinlər üçün böyük əhəmiyyəti var. Udinlər üçün həm Qələbə, həm də Qarabağ çox əhəmiyyətlidir. Ermənilər orada udin, alban abidələrinin adını dəyişdiriblər. Erməni xalqının içərisində bir ağıllısı yoxdur? Bu gün biz xristianlara Azərbaycanda böyük dəstək var. Ermənilərin bu cür vandalizmi, sülhlə razılaşmamağı bizi narahat edir. Bizim gücümüz birlikdədir. Bu gün udin xalqının nümayəndələri cəbhədədir. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır!”

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə

nəzərə çatdırıb ki, bu gün Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr bu tədbirdə iştirak edir: “Ermənistanda Rus Pravoslav Kilsəsinin Yeparxiyası varmı? Yoxdur”.

Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski İsrail və dünya yəhudilərinin Azərbaycanı dəstəkləməsinin səbəbindən danışıb: “Atamın valideynləri İkinci Dünya Müharibəsində faşistlərin əlindən qaçıb, Vətən Müharibəsində iştirak edib. Vətən Müharibəsindən sonra Azərbaycana gələndə mən burada anadan olmuşam. Mən aktyor olanda hər il qastrollarımız Xankəndində olurdu. Biz mütləq Şuşaya qalxaraq, tamaşalar göstərirdik. Bizi doğma qardaşlarımız kimi qarşılayırdılar. Hansı şeytan bizim aramıza girdi?

Erməni xalqı çəkinməsin, onlar üçün də evlər tikiləcək. Erməni xalqı şovinizm xəstəliyinə tutulub. Erməni xalqı öz xəstə rəhbərlərindən azad olacaq və mən teatr truppasını Qarabağa, Şuşaya aparacağam. Azərbaycanın bayrağı Şuşa üzərində dalğalanacaq”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycanın mübarizəsi erməni xalqına qarşı deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 589
avatar

Oxşar yazılar