Azərbaycan idman ictimaiyyəti, ölkəmizdə fəaliyyət göstərən idman qurumları və federasiyalar aidiyyatı beynəlxalq təşkilatlara və idman qurumlarına Ermənistan tərəfinin Azərbaycana qarşı törətdiyi təcavüz aktını, son aylar ərzində düşmən tərəfinin həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin durmadan artdığını və Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyini özündə əks etdirən Bəyanat ünvanlayıb.
Lent.az xəbər verir ki, ümumilikdə 90 təşkilatın imzası ilə hazırlanan Bəyanat on iki minə yaxın təşkilata göndərilib.
Bəyanatda deyilir: “Biz, aşağıda adları qeyd olunan təşkilatlar Azərbaycan idman ictimaiyyəti adından bəyan edirik ki, beynəlxalq hüquq normaları çərçivəsində tanınan ərazilərimizin bütövlüyü tam bərpa olunmayanadək, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri ölkə ərazimizi tam tərk etməyənədək, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımız öz dogma torpaqlarına qayıtmayanadək canımız və qanımızla apardığımız haqq mübarizəsində sona qədər Dövlətimizin yanındayıq!”
Bununla yanaşı, Azərbaycan ordusunun yanında olan, hər an döyüşə hazır olduğunu bildirən Azərbaycan idman ictimaiyyəti adından orduya geyim, tibbi ləvazimatların olduğu 100-ə yaxın sovqat da gönədrilib.
“Bu ilin iyul ayının 12-dən etibarən ölkəmizin Tovuz rayonu ərazisində dövlət sərhədinə fitnəkar düşmən olan separatçı və işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən başlayan hücumlar fasilərlə davam edərək sentyabr ayının 27-dən etibarən Azərbaycanın işğal olunmuş ərazilərindən işğal altında olmayan yaşayış məntəqələrinin və dinc sakinlərin hədəfə alınması, ağır artilleriya və iri çaplı silahlardan atəşə tutulması ilə nəticələndi. Buna baxmayaraq, qüdrətli Azərbaycan Ordusunun rəşadətli hərbçiləri düşmən tərəfin təxribatına tutarlı cavablar verir və əməliyyat şəraitinə tam nəzarət edir. Xalqımız baş verənləri həssaslıqla izləyir, Silahlı Qüvvələrimizə yüksək etimadlarını ifadə edərək, hərbçilərimizin qəhrəmanlıqlarını qürur hissi ilə qarşılayırlar. Ordumuzun uğurlu cavab əməliyyatlarına idmançılarımız da könüllü olaraq qatılmış və torpaqlarımızın bütovlüyü uğurunda gedən Böyük Vətən müharibəsində yüksək əzmlə savaşırlar. Artıq idmançılarımız arasında əzəli və ayrılmaz torpağımız olan Qarabağın azad edilməsi üçün canlarından keçərək şəhid olanlar vardır.
Son günlərdə bir sıra beynəlxalq təşkilatlar və dövlətlər 30 ilə yaxın müddət ərzində ölkə ərazisinin Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu əhatə edən 20 faizə yaxın bir hissəsinin işğal olunduğu, 25 min nəfərdən çox Azərbaycan vətəndaşının həlak olduğu, 1 milyon nəfərdən çox insanın qaçqın və məcburi köçkünə çevrildiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yenidən dondurulması ilə bağlı çıxışlar edirlər. Lakin BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884 saylı qətnamələrdə Qarabağ ərazisindən işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələrinin qeyd-şərtsiz çıxması tələb olunur) qəbul olunduğunu, eyni zamanda otuz ilə yaxındır Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların heç bir nəticə vermədiyini yada salaraq bildiririk ki, bu münaqişəni dondurmaq əvəzinə yuxarıda qeyd edilən qətnamələrin işğalçı Ermənistan Respublikası tərəfindən qeyd-şərtsiz icra olunması üçün çağırış etmək, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımızı öz doğma torpaqlarına qayıtması üçün bəyanat vermək daha ədalətli olardı.
Biz, aşağıda adları qeyd olunan təşkilatlar Azərbaycan idman ictimaiyyəti adından bəyan edirik ki, beynəlxalq hüquq normaları çərçivəsində tanınan ərazilərimizin bütövlüyü tam bərpa olunmayanadək, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri ölkə ərazimizi tam tərk etməyənədək, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımız öz dogma torpaqlarına qayıtmayanadək canımız və qanımızla apardığı haqq mübarizəsində sona qədər Dövlətimizin yanındayıq!
Bununla bərabər Sizləri bu haqq yolunda dünya ictimaiyyətini, idman qurumlarını düzgün və qərəzsiz məlumatlandırmağa və işğalçı Ermənistan Respublikasının təcavüzünü pisləməyə çağırırıq! “
Azərbaycan idman ictimaiyyəti adından
1. |
Azərbaycan Milli Olimpiya Komitəsi |
2. |
Azərbaycan Milli Paralimpiya Komitəsi |
3. |
Azərbaycan Xüsusi Olimpiya Komitəsi |
4. |
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası |
5. |
Azərbaycan İdmançıları İctimai Birliyi |
6. |
Azərbaycan İdman Könüllüləri İctimai Birliyi |
7. |
Azərbaycan İdman Jurnalistləri Federasiyası |
8. |
Azərbaycan Ağır Atletika Federasiyası |
9. |
Azərbaycan Atçılıq Federasiyası |
10. |
Azərbaycan Atıcılıq Federasiyası |
11. |
Azərbaycan Atletika Federasiyası |
12. |
Azərbaycan Badminton Federasiyası |
13. |
Azərbaycan Basketbol Federasiyası |
14. |
Azərbaycan Boks Federasiyası |
15. |
Azərbaycan Cüdo Federasiyası |
16. |
Azərbaycan Dağ Xizəyi Federasiyası |
17. |
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası |
18. |
Azərbaycan Gimnastika Federasiyası |
19. |
Azərbaycan Güləş Federasiyası |
20. |
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası |
21. |
Azərbaycan Həndbol Federasiyası |
22. |
Azərbaycan Kamandan Oxatma Federasiyası |
23. |
Azərbaycan Məktəb İdmanları Federasiyası |
24. |
Azərbaycan Konkisürmə Federasiyası |
25. |
Azərbaycan Milli Avarçəkmə Federasiyası |
26. |
Azərbaycan Milli Karate Federasiyası |
27. |
Azərbaycan Otüstü Hokkey Federasiyası |
28. |
Azərbaycan Qılıncoynatma Federasiyası |
29. |
Azərbaycan Qolf Federasiyası |
30. |
Azərbaycan Reqbi Federasiyası |
31. |
Azərbaycan Stolüstü Tennis Federasiyası |
32. |
Azərbaycan Taekvondo Federasiyası |
33. |
Azərbaycan Tennis Federasiyası |
34. |
Azərbaycan Triatlon Federasiyası |
35. |
Azərbaycan Üzgüçülük Federasiyası |
36. |
Azərbaycan Velosiped İdmanı Federasiyası |
37. |
Azərbaycan Voleybol Federasiyası |
38. |
Azərbaycan Yelkənli İdman Federasiyası |
39. |
Azərbaycan “Vətənin Müdafiəsinə Hazıram” Çoxnövçülüyü Federasiyası |
40. |
Azərbaycan Aşixara Kaykan Karate Federasiyası |
41. |
Azərbaycan Avtomobil İdmanı Federasiyası |
42. |
Azərbaycan Aykido Federasiyası |
43. |
Azərbaycan Bilyard İdmanı Federasiyası |
44. |
Azərbaycan Bodibildinq və Fitnes Federasiyası |
45. |
Azərbaycan Boulinq Federasiyası |
46. |
Azərbaycan Budo Döyüş Növləri Federasiyası |
47. |
Azərbaycan Çerlidinq Federasiyası |
48. |
Azərbaycan Ciu-Citsu Federasiyası |
49. |
Azərbaycan Coriyo Kunq-Fu Federasiyası |
50. |
Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası |
51. |
Azərbaycan Dama Federasiyası |
52. |
Azərbaycan Ən-ənəvi Karate-Do Federasiyası |
53. |
Azərbaycan Gözdən Əlillərin Şahmat və Dama Federasiyası |
54. |
Azərbaycan Hapkido Federasiyası |
55. |
Azərbaycan İdman Rəqsləri Federasiyası |
56. |
Azərbaycan Kapoeyra Federasiyası |
57. |
Azərbaycan Karlar İdmanı Federasiyası |
58. |
Azərbaycan Kikboksinq Federasiyası |
59. |
Azərbaycan Kontakt Karate Federasiyası |
60. |
Azərbaycan Kunq-Fu Federasiyası |
61. |
Azərbaycan Kyokuşin Karate Federasiyası |
62. |
Azərbaycan Kyokuşinkaykan Kontakt Karate Federasiyası |
63. |
Azərbaycan Milli İdman Növləri Assosiasiyası |
64. |
Azərbaycan Motosiklet İdmanı Federasiyası |
65. |
Azərbaycan Muay-Tay Tayboks Federasiyası |
66. |
Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası |
67. |
Azərbaycan Peyntbol Federasiyası |
68. |
Azərbaycan Poverliftinq Federasiyası |
69. |
Azərbaycan Qalaqapı (Qo) Federasiyası |
70. |
Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do Federasiyası |
71. |
Azərbaycan Qol Güləşi Federasiyası |
72. |
Azərbaycan Şahmat Federasiyası |
73. |
Azərbaycan Sambo Federasiyası |
74. |
Azərbaycan Savat və Şaolin Döyüş Sənəti Federasiyası |
75. |
Azərbaycan Stronqman Federasiyası |
76. |
Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası |
77. |
Azərbaycan Şərq Döyüş Növləri Assosiasiyası |
78. |
Azərbaycan Pençak Silat Federasiyası |
79. |
Azərbaycan Şito-Ryu Karate-Do Federasiyası |
80. |
Azərbaycan Skayraninq Federasiyası |
81. |
Azərbaycan Şorinciryu Kenkokan Karate-Do Kosiki Karate Federasiyası |
82. |
Azərbaycan Şotokan Karate-Do Federasiyası |
83. |
Azərbaycan Sumo Federasiyası |
84. |
Azərbaycan Turan-Do Federasiyası |
85. |
Azərbaycan Universal Döyüş Federasiyası |
86. |
Azərbaycan Uşu Federasiyası |
87. |
Azərbaycan VKC növləri üzrə Karate Federasiyası |
88. |
Azərbaycan Vinq Çun döyüş sənəti Federasiyası |
89. |
Azərbaycan Peşəkar Boks Federasiyası |
90. |
Azərbaycan MMA Federasiyası |