Azərbaycan-Rusiya sərhədi artıq bağlanıb
18 mart 2020 00:35 (UTC +04:00)

Azərbaycan-Rusiya sərhədi artıq bağlanıb

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasındakı dövlət sərhədi müvəqqəti bağlanıb.

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, martın 18-də saat 00:00-dan etibarən iki ölkə arasında gediş-gəliş məhdudlaşdırılıb.

Martın 17-də Moskvanın Domodedovo hava limanından 23:45-də sonuncu müntəzəm Moskva-Bakı aviareysi həyata keçirilib. Martın 18-dən etibarən isə Rusiyada olan Azərbaycan vətəndaşlarının vətənə qayıtması üçün çarter reyslərin həyata keçirilməsinə başlanılacaq.

APA-nın əldə etdiyi məlumata görə, martın 18-də Moskvadan Bakıya yalnız Azərbaycan vətəndaşlarını daşıyacaq üç çarter reysinin həyata keçirilməsi planlaşdırılır. Bu reyslər Moskvanın Domodedovo və Vnukovo hava limanlarından həyata keçiriləcək. Eyni ilə bir çarter reysi də Sankt-Peterburqdan Bakıya həyata keçiriləcək.

Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar Rusiya xarici vətəndaşlar üçün sərhədlərini martın 18-dən mayın 1-dək bağlı elan edib. Rusiya hökumətinin qadağa məhdudiyyəti səfirlik və konsulluqların əməkdaşlarına, beynəlxalq nəqliyyatda yük daşıyan avtomobil sürücülərinə, hava, dəniz və çay gəmilərinin ekipaj üzvlərinə, qatar briqadalarının üzvlərinə şamil olunmayacaq. Bundan başqa, Rusiyada yaşamağa icazəsi olan əcnəbilərə qadağa aid deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1690
avatar

Oxşar yazılar