Azərbaycan QHT-lərindən Rusiyanın media və jurnalist təşkilatlarına MÜRACİƏT
12 oktyabr 2020 19:19 (UTC +04:00)

Azərbaycan QHT-lərindən Rusiyanın media və jurnalist təşkilatlarına MÜRACİƏT

Azərbaycanda fəaliyyət göstərən QHT-ləri Rusiya Federasiyasının media və jurnalist təşkilatlarının nümayəndələrinə müraciət ünvanlayıblar.

APA-nn məlumatına görə, müraciətdə deyilir:

“Biz, Azərbaycan QHT-ləri, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz və terror siyasəti fonunda Rusiya Federasiyasının mediasında müşahidə olunan anti-Azərbaycan təbliğatı ilə əlaqədar sizə dərin narahatlıq və etirazla müraciət edirik.

Bildiyiniz kimi, 2020-ci il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri Gəncə, Mingəçevir, Bərdə, Beyləqan, Xızı, Abşeron və digər şəhər və kəndlər də daxil olmaqla münaqişə zonasından bir neçə yüz kilometr məsafədə yerləşən və azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini atəşə tutmaq da daxil olmaqla, Azərbaycan Respublikasına qarşı yeni hərbi təcavüzə və təxribata başladı, bu birbaşa beynəlxalq humanitar hüququn norma və prinsiplərinin, xüsusilə 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır.

12 oktyabr 2020-ci il tarixinə olan məlumata görə 41 azərbaycanlı mülki şəxs Ermənistan tərəfindən qətlə yetirilib, 207 nəfər isə yaralanıb, 1200-dən çox yaşayış binası və mülki obyekt Ermənistan tərəfindən məhv edilib”.

Müraciətdə bildirilir ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təşəbbüsü ilə 9 oktyabr 2020-ci ildə humanitar əsaslarla atəşkəsin elan olunması ilə bağlı Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ernənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında üç tərəfli görüş keçirilib: Görüş çərçivəsində 4 bənddən ibarət razılıq əldə olunub:

1. 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi üçün humanitar əsasda atəşkəs elan olunur.

2.  Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

4. Tərəflər danışıqlar prosesinin formatının dəyişməz olduğunu təsdiq edirlər.

Ancaq təəssüflər olsun ki, Ermənistan tərəfi öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq imzalanan razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq, atəşkəs haqqında razılaşmaya əməl etməyərək Azərbaycanın həm cəbhə boyu rayon və kəndlərini, həm də cəbhədən uzaq məsafədə yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutmaqda davam edir.

Ən acınacaqlısı isə odur ki, oktyabrın 11-də saat 02.00 radələrində Azərbaycanın ikinci ən böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən 80 km uzaqlıqda yerləşən Gəncə şəhəri Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutuldu. Ermənistanın bu barbar və vəhşi hücumu nəticəsində 3 yaşayış binası dağılıb, 4 qadın da daxil olmaqla 9 mülki şəxs həlak olub, 16 qadın və 6 uşaq da daxil olmaqla 34 nəfər yaralanıb”.

Müraciət müəllifləri qeyd edirlər ki, Ermənistan bu cinayət əməli ilə bir daha sübut etdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasında maraqlı deyil və əvvəlki 28 ildə olduğu kimi, əldə olunmuş razılaşmalara və imzalanan sənədlərə heç vaxt əməl etməyib: “Bizə məlumdur ki, rus KİV-ləri yayımlanan verilişləri və müvafiq kontenti hazırlayarkən qonşu ölkələrdə baş verən hadisələrin işıqlandırılmasına xüsusi diqqət yetirir və yuxarıda qeyd etdiyimiz hadisələr də istisna deyil.

Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş televiziya verilişlərinin iştirakçıları müəyyən edilən zaman balans qorunmur,  əsassız erməni mövqeyinin geniş işıqlandırılması və Azərbaycanın ədalətli mövqeyini müdafiə edən jurnalistlərə qarşı ictimai kampaniyaların təşkili real faktların təhrif olunmasına, münaqişənin və hazırda baş verən hadisələrin birtərəfli və qərəzli işıqlandırılmasına səbəb olur.

Yuxarıda deyilənləri nəzərə alaraq biz hesab edirik ki, Rusiya media məkanında münaqişə ilə bağlı hadisələri işıqlandırarkən, Rusiya ictimaiyyətini çaşdıran, anti-Azərbaycan hisslərinin kəskin artmasına səbəb olan və Azərbaycan ictimaiyyətində Rusiyaya qarşı dost münasibətinə mənfi təsir göstərən erməni təbliğatına daha çox yer ayrılır”.

Bildirilir ki, bu cür vəziyyət Rusiya ilə Azərbaycan arasında çoxəsrlik dostluq və strateji tərəfdaşlıq ruhuna ziddir və bu, eyni zamanda, Azərbaycanın çoxmilyonlu rusdilli auditoriyasının dərin məyusluğuna səbəb olur: “Yuxarıda göstərilən faktları nəzərə alaraq biz, Azərbaycan QHT-ləri, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Rusiya Federasiyasının media strukturlarını, televiziya və radio kanallarını, habelə Ermənistan-Azərbaycan münaqişəsini işıqlandıran verilişlərin müəlliflərini və aparıcılarını məlumatların və səsləndirilən ekspert rəylərinin balansını təmin etmək üçün lazımi tədbirləri görməyə çağırırıq.

Biz, Azərbaycan QHT-ləri ümid edirik ki, Rusiya KİV-lərinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı strateji əməkdaşlığa və qarşılıqlı etimada mənfi təsir göstərən ermənipərəst təbliğatı bundan sonra yaymaqdan çəkinəcək və verilişlərdə hər iki tərəfin mövqeyinə bərabər və ədalətli şəkildə şərait yaradılacaq”.

Müraciət 71 QHT tərəfindən imzalanıb:

 

1.       

Rauf Zeyni

Milli Qeyri-Hökumət Təşkilatları Forumu

2.       

Sabit Bağırov

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu

3.       

Umud Mirzəyev

Beynəlxalq Avrasiya Mətbuat Fondu

4.       

Əliməmməd Nuriyev

Konstitusiya Araşdırmalar Fondu

5.       

Sahib Məmmədov

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası

6.       

Novela Cəfərova

D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti

 

7.       

Səadət Bənənyarlı

"Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyi

8.       

Səltənət Qocamanlı

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi

9.       

Qorxmaz İbrahimli

Biosfer İctimai Birliyi

10.   

Əvəz Həsənov

Humanitar Tədqiqatlar İctimai Birliyi

11.   

Əziz Ələkbərov

Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi

12.   

İsrayıl İsgəndərov

"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi

13.   

Vüqar Bayramov

İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi

14.   

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqlari Komitəsi

15.   

Məhərrəm Zülfüqarlı

İctimai Problemlərin Tədqiqi Assosiasiyası

16.   

Kamil Səlimov

"Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" ictimai birliyi

17.   

Fuad Məmmədov

"Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası”

18.   

Eyyub Hüseynov

"Azad İstehlakçılar" İctimai Birliyi

19.   

Tənzilə Rüstəmxanlı

Azəri Türk Qadinlar Birliyi

20.   

Mirvari Qəhrəmanova

Neftçilərin Hüqularını Müdafiə Təşkilatı İctimai Birliyi

21.   

Şəmistan Əlizamanlı

"Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi

22.   

Akif Nağı

Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi

23.   

Osman Gündüz

Multimediya Sistemləri İctimai Birliyi

24.   

Mayis Əliyev

Sosial Hüquqların Araşdırılması

25.   

İradə Rizazadə

"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi

26.   

Bahar Qasımova

"Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi

27.   

Məlahət İbrahimqızı

"Lider Qadınlar" İctimai Birliyi

28.   

Fizüli Rzaquliyev

Vətən Müharibəsi Veteranları İctimai Birliyi

29.   

Mehdi Mehdiyev

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi

30.   

Mehriban Zeynalova

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi

31.   

Əhməd  Abbasbəyli

"Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi

32.   

Nəsiman Yaqublu

Tarix və Mətbuat Araşdırmalarına Dəstək

33.   

Şahin Rəcəbov

"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyi

34.   

Aydın Əbilov

"Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi

35.   

Fikrət Yusifov

Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi

36.   

Elçin Hüseynov

"Azərbaycan Yazarlar Klubu" İctimai Birliyi

37.   

Aydın Kərimov

Müstəqil Hüquq Mərkəzi

38.   

Əhməd Qəşəmoğlu

Tərəqqi və Demokratiya İctimai Birliyi

39.   

Hafiz Həsənov

Hüquq və İnkişaf İctimai Birliyi

40.   

Mirəli Hüseynov

Demokratiyanı Öyrənmə İctimai Birliyi

41.   

Şəmsəddin Əliyev

Polisə Dəstək İctimai Birliyi

42.   

Asif Əsgərli

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı

43.   

Emin Həsənli

Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə  İctimai Birliyi

44.   

İlqar Orucov

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi

45.   

Ramil İsgəndərli

"Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyi

46.   

Firuzə Əsədullayeva

"Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyi

47.   

Qafar Mehdiyev

"Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası" ictimai

48.   

Elmira Mehdiyeva

“Yeni Fikir” Jurnalist Həmrəyliyi ictimai birliyi

49.   

Ruslan Xəlilov

"Jurnalist Təşəbbüslərinin Təşviqi" ictimai birliyi

50.   

Elməddin Muradov

Jurnalistika və İnkişaf Mərkəzi”

51.   

Asəf Quliyev

Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi

52.   

Sevinc Kərimova

“Əks-Səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi ictimai birliyi

53.   

Yadigar Məmmədli

“Azərbaycan Demokratik Jurnalistlər Liqası" ictimai birliyi

54.   

Ayaz Mirzəyev

Azərbaycan Jurnalistlər Şəbəkəsi" ictimai birliyi

55.   

Ceyhun Musayev

"Jurnalist Ekspert Mərkəzi" ictimai birliyi

56.   

Tamxil Hacıyev

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyi

57.   

Seymur Verdizadə

“Jurnalist Araşdırmaları Mərkəzi" İctimai Birliyi

58.   

Elşad Eyvazov

Tərəfsiz Jurnalistlər ictimai birliyi

59.   

Sevil Yusifova

Jurnalist Qadınlar Assosiasiyası

60.   

Aynur Nəsirova

"İnnovativ Media" jurnalistlərin peşəkarlığının artırılmasına dəstək ictimai birliyi

61.   

Fuad Hüseynzadə

“Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" ictimai birliyi

62.   

Nadir İsmayılov

"Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" ictimai Birliyi

63.   

Müşfiq Ələsgərli

"Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyi

64.   

Əvəz Rüstəmov

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi

65.   

Xanoğlan Əhmədov

“Media və Mülki Cəmiyyət" İctimai Birliyi

66.   

Məhsim Məhsimov

"Regional Medianın İnkişafına Yardım" ictimai Birliyi

67.   

Xalid Kazımov

"Regional İnsan Hüquqları və Media Mərkəzi" ictimai Birliyi

68.   

Qabil Rüstəmov

Media İnkişaf Mərkəzi İctimai Birliyi

69.   

Zaur Qəriboğlu

"Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" ictimai birliyi

70.   

Cəsarət Hüseynzadə

"İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyi

71.   

Telman İsa

“Aktor” İctimai və Sosial Tədqiqatlar İB

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 970
avatar

Oxşar yazılar