Azərbaycan QHT-ləri ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanladı
02 oktyabr 2020 19:11 (UTC +04:00)

Azərbaycan QHT-ləri ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanladı

Azərbaycan QHT-ləri ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri və Xarici İşlər naziri  Edi Ramaya müraciət ünvanlayıb.
Lent.az-ın məlumatına görə, müraciətdə deyilir: 

“Biz Azərbaycan QHT-ləri, Fransa Prezidenti Emmanuel Makronunun ATƏT-in həmsədri kimi saxta xəbərlərə əsaslanan və Ermənistanı dəstəkləyən ikiüzlü bəyanatını, eləcə də Türkiyənin Qarabağ münaqişəsinə qarışması ilə bağlı yanlış fikirlərini qınayırıq.
Makronun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlamaları onun Qarabağ münaqişəsindəki real vəziyyəti anlamadığını göstərir. Bu cür qərəzli bəyanatlardan sonra Fransanın ATƏT Qrupunun həmsədri olmasının məqsədəmüvafiqliyi bizi həqiqətən narahat edir.
Makronun hərbi əməliyyatların başlanğıcından bəri tutduğu mövqe və anti-Azərbaycan açıqlamaları, Ermənistan-Azərbaycan münaqişəsinin həllində Fransaya həvalə edilmiş beynəlxalq mandata ziddir və neytral vasitəçi missiyasını pozur.
ATƏT-in mandatına uyğun vasitəçi olan bir ölkənin, tərəflərə münasibətdə tarazlığı nümayişkaranə şəkildə pozaraq işğalçı Ermənistana açıq və birmənalı dəstək vermək hüququ yoxdur.
Nəhayət, ATƏT-in fəaliyyətdə olan sədri olaraq mövqeyinizi bildirməyiniz və Emmanuel Makron barəsində münaqişənin hər iki tərəfinə münasibətlərdə qərəzsizliyin və bununla əlaqədar qaydaların və mandatın pozulması ilə bağlı tədbirlər görməyiniz üçün Sizə müraciət edirik”. 
Qeyd edək ki, müraciət 376 QHT tərəfindən imzalanıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595
avatar

Oxşar yazılar