Azərbaycan PUA-ları mülki əhaliyə qarşı tətbiq olunmur - RƏSMİ
14 oktyabr 2020 17:56 (UTC +04:00)

Azərbaycan PUA-ları mülki əhaliyə qarşı tətbiq olunmur - RƏSMİ

“Azərbaycan PUA-ları mülki əhaliyə qarşı tətbiq olunmur”.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir:

"Ermənistan bütün mümkün olan və olmayan üsullardan istifadə etməklə ictimaiyyətə yalan məlumatlar yaymaqda davam edir.

Növbəti dezinformasiya isə guya Azərbaycan tərəfindən PUA-nın zərbəsi nəticəsində adı və soyadı göstərilməyən, 14 yaşlı anonim yeniyetmənin yaralanması xəbəridir.

Bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında olan zərbə PUA-ları yalnız işğal olunmuş ərazilərimizdə müvəqqəti yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi texnikasına qarşı tətbiq olunur.

Bir daha xatırladırıq ki, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə, xüsusilə uşaqlar, qadınlar və yaşlılara qarşı silah tətbiq etmir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 742
avatar

Mehman Nəbiyev

Oxşar yazılar