Azərbaycan Nyu-York Assosiasiyası Ermənistanın təcavüzünü pislədi
03 oktyabr 2020 18:24 (UTC +04:00)

Azərbaycan Nyu-York Assosiasiyası Ermənistanın təcavüzünü pislədi

Azərbaycan Nyu-York Assosiasiyası və Nyu-Yorkun Azərbaycan icması Ermənistan silahlı qüvvələri tərəfindən 27 sentyabr saat 06:00 radələrində Azərbaycan ordusunun cəbhəboyu zonada yerləşən mövqelərinin və yaşayış məntəqələrinin atəşə tutulması, bunun nəticəsində mülki əhali və hərbi qulluqçuların həlak olması ilə bağlı bəyanat yayıb. 

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, mülki əhalinin qəsdən hədəfə alınması beynəlxalq humanitar hüququn, həmçinin 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulması deməkdir.

Qeyd olunur ki, baş verən bu təxribat Ermənistanın işğalçı mahiyyətini bir daha dünyaya sübut edir. Həmçinin, işğalçı Ermənistan Livan, Suriya kimi ölkələrin terrorçularını da işğal edilmiş ərazilərdə cəmləşdirir, Cenevrə Konvensiyasının tələblərinə va beynəlxalq hüquqa zidd olaraq qanunsuz məskunlaşdırma aparır.

“BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 va 884 saylı qətnamələrini yerinə yetirməyən, beynəlxalq hüququn norma va prinsiplərinə məhəl qoymayan Emənistanın regionda təhlükəli vəziyyət yaratması beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən pislənilməli, Ermənistanın təcavüzü dərhal dayandırılmalıdır”, -  deyə bəyanatda çağırış edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 394
avatar

Oxşar yazılar