Avstraliyada fəaliyyət göstərən Azərbaycan icması yerli mediada ölkəmizin və qardaş Türkiyənin əleyhinə yayılan məqalələrə etiraz edib.
Diasporlarla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) prezidenti Mikayıl Oytanın yerli KİV-lərə ünvanladığı etiraz bəyanatında bildirilib ki, bu yazılar dezinformasiyalardan ibarətdir və heç bir sübuta əsaslanmayıb. Bəyanatda qeyd olunur ki, bu cür yazılar insan hüquqlarını guya müdafiə edən müəllifləri utandırmalıdır. Əsl demokratiya və insan hüquqları beynəlxalq hüququn aliliyinə hörmət, dini və etnik mənsubiyyətindən asılı olmayaraq qanunla hərəkət etməkdir.
AAA rəhbəri jurnalistləri faktları yoxlamağa, hüququn aliliyi prinsipi ilə hərəkət etməyə, bərabərlik, ədalət kimi dəyərləri üstün tutmağa çağırıb.