Avstraliya Qarabağdakı "seçkilər"i tanımır - RƏSMİ
03 aprel 2020 14:26 (UTC +04:00)

Avstraliya Qarabağdakı "seçkilər"i tanımır - RƏSMİ

“Avstraliya Dağlıq Qarabağda keçirilən "seçkilər"i tanımır”.

APA-nın xəbərinə görə, bunu Avstraliyanın Türkiyədəki səfiri Mark İnnes-Braun “Twitter”də bildirib.

“Avstraliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və martın 31-də Dağlıq Qarabağda keçirilən "seçkilər"i tanımır. Danışıqlar yolu ilə həllə nail olmaq üçün ATƏT-in Minsk Qrupunun rolunu davam etdirməsi həmişəkindən daha vacibdir”, - deyə səfir qeyd edib.

Xatırladaq ki, Avstraliyanın Türkiyədəki səfiri eyni zamanda Azərbaycana və Gürcüstana  akkreditə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 960
avatar

Oxşar yazılar