“Bu gün bir sıra məntəqədə səsvermə prosesini müşahidə etdim. Müşahidələrim zamanı heç bir insident qeydə alınmayıb”.
APA-nın məlumatına görə, bunu bu gün növbədənkənar parlament seçkilərini izləyən ABŞ-dan olan müşahidəçi Mitch Silberman mətbuat konfransında deyib.
“Biz bu gün gələcəyə şahidlik edirik. Seçkilər qaydalara uyğun keçirildi”, -deyə o qeyd edib.
Digər amerikalı müşahidəçi Rafael Nektal da müşahidələr zamanı heç bir qayda pozuntusunun aşkarlanmadığını bildirib.