Amerikalı jurnalist Qarabağ münaqişəsinin dəhşətlərindən danışdı
02 mart 2020 16:41 (UTC +04:00)

Amerikalı jurnalist Qarabağ münaqişəsinin dəhşətlərindən danışdı

“Heydər Əliyevlə birinci müsahibəm mənim üçün sovet hakimiyyətinin siyasi ritorikasına giriş xarakteri daşıyırdı. Sonralar mən bir çox müxətlif yollarla Heydər Əliyevin tələbəsi oldum. O, böyük siyasətçi və dahi şəxsiyyət olub”.

Bu sözləri ABŞ-dan olan ekspert, tədqiqatçı-jurnalist Tomas Qolts Azərbaycan Televiziyasına eksklüziv müsahibəsində deyib. Müsahibə “Həftə” analitik-informasiya verilişində yayımlanıb.

Məlumat üçün bildirək ki, T.Qolts Xocalı soyqırımını işıqlandıran xarici jurnalistlərdən biridir.

O, faciənin miqyasını belə xatırlayır: “Mən ilk dəfə idi ki, belə qanlı, dəhşətli hadisəyə şahidlik edirdim. Qarabağ müharibəsi zamanı müxtəlif cəbhələrdə oldum. Kəlbəcərdə oldum. Ora getmək asan idi, oradan çıxmaq isə bir az şübhəli idi”.

Amerikalı jurnalist Azərbaycanın keçdiyi inkişaf yoluna heyranlığını ifadə edib və ölkəmizin böyük miqyasda dəyişdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1064
avatar

Oxşar yazılar