"Azərbaycandakı seçkidə uzunmüddətli yox, qısamüddətli müşahidəçi kimi iştirak edirik. Azərbaycan hökumətinə təşəkkür edirik ki, bizi müşahidəçi kimi dəvət edib".
APA-nın məlumatına görə, bunu almaniyalı müşahidəçi Volf-Ruthart Born bildirib.
O qeyd edib ki, Bakıdan əlavə Gəncədə və Şəmkirdə də olublar: "Bu gün seçkiləri müşahidə etmək üçün Sumqayıt və Bakıda bir sıra seçki məntəqələrində olduq. Həmçinin məcburi köçkünlərin səs verdiyi bir məntəqədə müşahidə apardıq”.
Müşahidəçi bildirib ki, bugünkü seçkilər çox gözəl təşkil olunub və yüksək səviyyədə keçirilib: "Biz Azərbaycanda qısa müddətdə müşahidəmiz zamanı gördük ki, seçkilər yüksək səviyyədə təşkil olunub, biz bundan çox razıyıq. Əlbəttə ki, seçki prosesi asan proses deyil, 3 etapdan ibarətdir - seçkilərə hazırlıq, seçkilərin keçirilməsi və sonrakı nəticələr. Bütün bunların hamısını müşahidə etmək lazımdır".
Digər almaniyalı müşahidəçi Birgit Vetzel isə bildirib ki, bu gün Azərbaycanda 8 seçki məntəqəsində olub: “Qeyd edim ki, rahat müşahidələrimizi apardıq. Bütün seçki məntəqələrində suallarımıza hər kəs məmnuniyyətlə və istəkli şəkildə cavablandırdılar".
Bundestaqın keçmiş deputatı Steffen-Claudio Lemme isə deyib ki, 6 dəfə Almaniya Bundestaqında deputat seçilib: "İndi bir başqa tərəfdən seçkiləri müşahidə edirəm. Ümumilikdə təşkilati səviyyə çox yüksəkdir. Seçki prosesində heç bir narazılıq olmadan keçirildi. Seçkilərin qeydiyyatı, seçki məntəqələrinin şəffaflığı, seçki qutularının yerində olması ilə seçkinin yüksək səviyyədə keçirildiyini gördük. Müşahidələrin zamanı öz suallarıma aydın şəkildə cavab tapa bildim. Ümumilikdə 8 seçki məntəqəsində müşahidə apardım. Seçki bülletenlərində daha çox namizədlərin heç bir partiyaya üzv olmadığını gördüm. Eyni zamanda seçicilərlə danışan zaman böyük ümid hissini gördüm, onlar dedi ki, "bu dəfə daha çox gənc nümayəndələri görmək istəyirik". Ümumiyyətlə Azərbaycanda əhali bütün ölkə üzrə eyni yaşayış səviyyəsini arzulayır. Azərbaycandan fərqli olaraq Almaniyada məktubla seçim forması da mövcuddur, sizdə isə bu yoxdur. İstəyərdim ki, Azərbaycanda da məktub seçki formatı mexanizmi işə düşsün. Azərbaycana yüksək təşkilatçılığı görə təşəkkür edirəm”.
Müşahidəçi Urs Unkauf deyib ki, seçkilər çoxlu gənc namizədlərin olduğunu gördüm: “Bu məni çox sevindirdi. Gənc namizədlərin Azərbaycanın hazırki siyasi vəziyyətində iştirakı çox vacibdir. Yerli müşahidəçilərin iştirakı da çox yaxşı idi. Budəfəki seçkidə qadın namizədlərin iştirakı məni çox sevindirdi. Keçən il Bakıda olanda Bakı Multikultralizm Mərkəzində olmuşdum və orada Qarabağdan olan qaçqınlarla görüşdə konfliktlə bağlı onların danışıqlarının şahidi olmuşdum. Bu gün də bəzi seçki məntəqələrində Dağlıq Qarabağdan olan seçicilərlə görüşdə gördüm ki, insanlar konfliktin sülh yolu ilə həllini istəyirlər. Onlar istəyir ki, problemin həlli insan haqları çərçivəsində həll edilsin. Həmçinin Azərbaycan hökumətinə, Azərbaycanın Berlindəki səfirliyinə və seçkinin təşkilatçılarına minnətdarlığımı bildirirəm. Azərbaycan çox yüksək qonaqpərvərliyi ilə seçilir, biz də bunun şahidi olduq".