Ali Baş Komandan DSX-nin rəisini Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik edib
19 oktyabr 2020 08:36 (UTC +04:00)

Ali Baş Komandan DSX-nin rəisini Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib və təbriklərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırıb.

Lent.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, general-polkovnik E.Quliyev DSX-nin şəxsi heyətinin Ali Baş Komandanın bütün tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcəyini məruzə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715
avatar

Oxşar yazılar