AŞPA-dan sərhəddəki vəziyyətlə bağlı BƏYANAT
17 iyul 2020 16:25 (UTC +04:00)

AŞPA-dan sərhəddəki vəziyyətlə bağlı BƏYANAT

“Ermənistan və Azərbaycan arasında atəşkəs rejiminin pozulması nəticəsində itkilərin olması bizi narahat edir”.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Gale və AŞPA-nın Ermənistan üzrə həmməruzəçisi Kimmo Kiljunenin birgə bəyanatında bildirilib.

“Hər iki ölkəni Avropa Şurasına üzv olduqları zaman sülhlə bağlı üzərlərinə götürdükləri öhdəlikləri xatırladırıq. Buna görə də biz onları münaqişənin intensivliyini azaldaraq təmkinli olmağa çağırırıq. Biz həmçinin hər iki ölkəni ATƏT-in Minsk Qrupu çərçivəsində sülh danışıqlarını bərpa etməyə də çağırırıq. Həmsədrlərin 15 iyul tarixli bəyanatında göstərilən qaydada sülh prosesinə əlverişli bir atmosfer yaratmaq, Dağlıq Qarabağla bağlı danışıqlar aparmaq və ATƏT müşahidəçilərinin bölgəyə qayıtmasına imkan vermək lazımdır”, - deyə bəyanatda qeyd olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4492
avatar

Oxşar yazılar