"Ermənistanın təxribatını şiddətlə qınayırıq".
APA-nın xəbərinə görə, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik “Twitter”də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vermiş döyüşlərə münasibət bildirərkən yazıb.
Ö. Çelik Ermənistanın təxribatını şiddətlə qınadıqlarını bəyan edib.
“Şəhidlərimizə rəhmət diləyirəm. Hər zaman Azərbaycanın yanındayıq”, - deyə AKP sözçüsü vurğulayıb.