ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan bir qrup azərbaycanlı şəhid ailələrinə dəstək aksiyası keçirib.
Lent.az xəbər verir ki, qadın və uşaqların təşkil etdiyi aksiyada müxtəlif cür şirniyyatlar satışa çıxarılıb. Onlar satışdan əldə edəcəkləri pulu şəhid ailələrinə və savaşdan əziyyət çəkən digər şəxslərə göndərəcəklər. Bildirilir ki, iştirakçılar bununla yanaşı, yığdıqları pulu da həmin məbləğin üstünə əlavə edəcəklər.
İştirakçılar onlara dəstək olan həmvətənlərimizə və türkiyəli dostlara təşəkkür edirlər.