ABŞ Konqresinin üzvü Xocalı qətliamı ilə bağlı bəyanat verib
29 fevral 2020 09:23 (UTC +04:00)

ABŞ Konqresinin üzvü Xocalı qətliamı ilə bağlı bəyanat verib

 

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədri, Konqresin Xarici Məsələlər Komitəsini üzvü Konqresmen Stiv Şabot fevralın 26-da Konqresdə Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib. S.Şabot Konqresin gündəliyində qeydə alınmış bu bəyanatı verməklə yanaşı, Xocalı qətliamının 28-ci ildönümü ilə bağlı ABŞ Konqresində Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin dinləmə zalında keçirilmiş anım tədbirində də iştirak edib.   

Konqres üzvü Ermənistan-Azərbaycan münaqişəsinin ən qara fəsli adlandırdığı Xocalı qətliamının qurbanlarını dərin hüznlə yad edib və bildirib ki, 1991-ci ilin payızında erməni və sovet qüvvələri Dağlıq-Qarabağ bölgəsinin Xocalı şəhərini mühasirəyə almağa başlamış, şəhəri bombaladıqdan sonra 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qüvvələr hücuma keçmiş, qadınlar, uşaqlar və yaşlı insanlar daxil olmaqla 600 günahsız Azərbaycanlını qətlə yetirmişlər. Yüzlərlə insan əlil qalmışdır.

Human Rights Watch təşkilatının 1992-ci il hesabatına istinad edən Konqres üzvü qeyd edib ki, şəhərdən qaçan əhaliyə qarşı hücumlar “qəsdən adət hüququnun qoyduğu məhdudiyyətlərə məhəl qoymamışdır”.

Konqres üzvü daha sonra vurğulayıb ki, Xocalı qurbanları bizə sülhün dəyərini xatırladır. ABŞ-ın və beynəlxalq ictimaiyyətin danışıqlar yolu ilə səylərinə baxmayaraq, münaqişə hələ də davam edir. Bununla əlaqədar, münaqişəyə tərəflər on illər boyu davam edən bu münaqişənin həlli istiqamətində Minsk Prosesinə dəstək verməyə çağırılır.

Demək olar 30 ilə yaxın bundan əvvəl Xocalıda baş vermiş dəhşətli hadisələr zamanı həyatlarını itirmiş günahsız insanların xatirəsini bir daha yad edən Konqres üzvü digər həmkarlarını Azərbaycanın bu faciəvi gününü xatırlamağa çağırıb. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1272
avatar

Oxşar yazılar