90 saylı dairənin iki məntəqəsində nəticələr etibarsız sayıldı
19 fevral 2020 17:19 (UTC +04:00)

90 saylı dairənin iki məntəqəsində nəticələr etibarsız sayıldı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 90 saylı Ağdaş Seçki Dairəsindən namizədliyi qeydə alınan Səidə Cəbrayılovanın şikayətinə baxılıb.

APA-nın məlumatına görə, MSK üzvü Qabil Orucov bildirib ki, araşdırma ilə əlaqədar müvafiq DSK-dan materiallar alınıb və araşdırma materiallarına əlavə edilib: “Araşdırma zamanı məlum olub ki, 6 və 7 saylı seçki məntəqələri istisna olmaqla, digər seçki məntəqələrində qanunun tələbləri pozulmayıb. Namizəd tərəfindən təqdim edilən videogörüntülərdə seçicilərin iradəsini əks etdirməyən faktlar aşkar edilməyib. 6 və 7 saylı seçki məntəqələrində isə seçki qanunvericiliyinin tələblərinə cavab verməyən addımlar atılıb. Buna görə də təklif edirəm ki, həmin məntəqələrdə səsvermənin nəticələri ləğv edilsin”.

Müraciət MSK-nın iclasında müzakirəyə çıxarılıb və 6 və 7 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı qərar qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1567
avatar

Oxşar yazılar