74 saylı Lənkəran Kənd Seçki Dairəsində nəticələr ləğv olundu
13 fevral 2020 17:16 (UTC +04:00)

74 saylı Lənkəran Kənd Seçki Dairəsində nəticələr ləğv olundu

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 74 saylı Lənkəran Kənd Seçki dairəsindən namizəd olan Əzizxan Əzizov və Rəvan Bəşirovun şikayətinə baxılıb.

APA-nın məlumatına görə, MSK üzvü Qabil Orucov bildirib ki, araşdırma nəticəsində seçki komissiyaları tərəfindən qanun pozuntularına yol verilməsi müəyyən edilib: “Bu və ya digər şəkildə seçkinin nəticələrinə müdaxilə edilməsi ilə bağlı iddialar özünü doğruldub. Seçki protokollarının səsvermə otağı xaricinə çıxarılması halları müşahidə edilib. Bəzi seçki məntəqələrində yekun protokollarda seçicilərin iradəsinin təmin edilməməsi məlum olub. Bəzi namizədlərə aid səslərə düzəliş edilməsi halları da müəyyən edilib. Nəticələri ləğv edilməli olan seçki məntəqələrinin sayı 27-dir”.

Məsələ müzakirəyə çıxarılıb və 74 saylı Lənkəran Kənd Seçki Dairəsində nəticələrin ləğvinə qərar verilib.

Qeyd edək ki, bu dairədə YAP-ın namizədi Hadi Rəcəbli lider namizəd elan olunmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3923
avatar

Oxşar yazılar