31 Mart Soyqırımı günü ermənilərin növbəti təxribatı  - FOTO
31 mart 2020 13:15 (UTC +04:00)

31 Mart Soyqırımı günü ermənilərin növbəti təxribatı - FOTO

Azərbaycanda erməni daşnaklarının aktiv iştirakı ilə törədilən 31 mart soyqırımının törədildiyi gün ermənilər təxribata əl atıb.

Lent.az modern.az-a istinadla bildirir ki, Ermənistan KİV-nin yaydığı xəbərə görə, Dağlıq Qarabağda yerləşən işğalçı Ermənistan ordusu qəfil hərbi təlimlərə başlayıb.

Səhər saatlarından Ağdam rayonunun işğal altındakı Şahbulaq kəndi istiqamətində aparılan təlimlərə hərbi texnika, artilleriya vasitələtri və canlı qüvvə cəlb olunub.

Dünyada koronavirus pandemiyasının genişləndiyi, işğal altındakı torpaqlarda isə qanunsuz seçkilərin keçirildiyi gün hərbi təlimlərin keçirilməsi rəsmi Yerevanın Azərbaycana qarşı təxribatı hesab olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 949
avatar

Oxşar yazılar