125 saylı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədli mətbuat konfransı keçirib
11 fevral 2020 16:21 (UTC +04:00)

125 saylı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədli mətbuat konfransı keçirib

Bu gün 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədli mətbuat konfransı keçirib.
Lent.az xəbər verir ki, fevralın 9-da keçirilən seçkilərin nəticələrinə həsr olunan tədbirdə A. Əsədli səsvermə günü 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularına yol verildiyini bildirib: “Ölkədə bütün sahələrdə ciddi islahatların həyata keçirildiyini görürük. Növbədənkənar seçkilər də bu islahatların tərkib hissəsidir. Bu islahatlara, xalqın və Prezidentin ortaya qoyduğu siyasi iradəyə dəstək məqsədilə seçkilərə qatıldım. Namizədliyimin qeydə alınması, təbliğat-təşviqat mərhələsində heç bir maneə ilə rastlaşmadım. Amma səsvermə günü ilə bağlı bunu demək mümkün deyil”.

Namizəd pozuntularla bağlı videogörüntülərin və digər sübutların olduğunu vurğulayıb, səsvermə günü pozuntulara dair aktların tərtib edildiyini, digər namizədlərin müşahidəçilərinin də aktları imzaladığını diqqətə çatdırıb. A. Əsədli pozuntuların Dairə Seçki Komissiyasına və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçkiləri Müşahidə Missiyasına təqdim olunduğunu bildirib.
O, seçki dairəsində deputatlığa namizədliyi qeydə alınan digər şəxslərlə birgə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə seçkinin nəticələrinin ləğv olunmasına dair bəyanat qəbul etdiklərini xatırladıb.

A. Əsədli bildirib ki, hazırda hüquqi prosedurlar davam edir: “Bu səbəbdən hazırda gözləmə mövqeyindəyik. Ümid edirik ki, aidiyyəti qurumlar bütün pozuntuları obyektiv araşdıracaq və ədalətli qərar qəbul edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4126
avatar

Oxşar yazılar